Lider autsayderə, "Qəbələ" "Neftçi"yə qarşı - YENİLƏNİR

Lider autsayderə, "Qəbələ" "Neftçi"yə qarşı -   YENİLƏNİR
13:07 3 Fevral 2017
56 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Premyer Liqada XVI tura start veriləcək. Fanat.Az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutacaq.

Günün ilk matçında liderlə autsayder qarşılaşacaq. İlk pillədə qərarlaşan "Qarabağ" AZAL-ın qonağı olacaq. Son iki matçda qələbə qazana bilməyən ağdamlılar 3  xal həsrətinə autsaydərlə oyunda son qoymaq niyyətindədi. "Qarabağ" qələbə qazana bilməsə liderliyi əldən verə, AZAL 3 xalı aktivinə yazsa son pillədən xilas ola bilər.

Çünki günün digər matçında "Qəbələ" "Neftçi"ni qəbul edəcək. "Qırmızı-qaralar" qələbə qazansa, "Qarabağ" xal itirsə, liderliyi ələ keçirəcək. "Neftçi"nin məğlubiyyəti isə AZAL-ın işinə yarayacaq. Az ehtimal da olsa, "təyyarəçilər" lideri büdrədərək "Neftçi"ni son pilləyə yollaya bilər. "Ağ-qaralar" son 4 turda qələbəyə həsrət qalıb. "Qəbələ" isə ötən tur "Sumqayıt"la oyunda xal itirib.

Qeyd edək ki, turun qalan iki oyunu sabah keçriləcək və "Zirə" "Kəpəz"i, "Sumqayıt" "İnter"i qəbul edəcək.

Premyer Liqa
2016/17 mövsümü
III dövrə, XVI tur

3 fevral
15.00 AZAL - Qarabağ
Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Vüsal Qənbərov, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Hakim-inspektor: Asim Xudiyev.
“AZAL Arena”.

17.00 Qəbələ - Neftçi
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Namiq Hüseynov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Əli Hüseynov.
Qəbələ şəhər stadionu.

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

15

10

3

2

27:7

33

2

Qəbələ

15

9

5

1

31:8

32

3

İnter

15

7

7

1

25:13

28

4

Sumqayıt

15

4

6

5

14:19

18

5

Zirə

15

5

3

7

13:16

18

6

Kəpəz

15

3

6

6

11:17

15

7

Neftçi

15

3

1

11

10:31

10

8

AZAL

15

1

5

9

7:27

8

Bombardirlər

Filip Ozobiç (Qəbələ), Baqali Dabo (Qəbələ) - 7.


Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-lider-autsayder-quotqblquot-quotneftciquoty-qar-t56026.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR