SMPDK xidmət istifadəçilərindən tələb olunan sənədləri azaldır

SMPDK xidmət istifadəçilərindən tələb olunan sənədləri azaldır
13:22 3 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 3 fevral. REPORT.AZ/ Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılması, digər dövlət orqanlarında mövcud olan informasiya ehtiyatlarından istifadə imkanlarının artırılması xidmət istifadəçilərindən tələb olunan sənədlərin azalması ilə nəticələnəcək. 
Komitədən "Report"a bildirilib ki, elektron xidmətlərin tətbiqi ilə əlaqədar tələb edilən rəsmi sənədlərin sayının azaldılmasının təmin edilməsi ilə bağlı artıq bir neçə normativ-hüquqi akt layihəsi hazırlanıb və aidiyyəti üzrə təqdim olunub.
Dövlət Xidmətlərinin Elektron Reyestrinə SMPDK-nın 14 xidməti daxil edilib. Bu xidmətlərdən 12-si dövlət başçısının “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanına əsasən elektronlaşdırılıb və “Elektron hökumət” portalına inteqrasiya olunub. Bunlar uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi (patent), ölçmə vasitələrinin tipinin təsdiq edilməsi, standartlaşdırma sahəsində normativ sənədin qeydiyyatı və digər sahələri əhatə edir.
Qeyd edək ki, ölkə başçısının 27 aprel 2016-ci il tarixli sərəncamı ilə təsdiq edilən “Açıq Hökümətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.4-cü bəndi elektron xidmətlərin tətbiqi ilə əlaqədar dövlət orqanları tərəfindən tələb edilən rəsmi sənəd və arayışların sayının azaldılmasının təmin edilməsini nəzərdə tutur.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/smpdk-xidmet-istifadecilerinden-teleb-olunan-senedleri-azaldir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR