YARAT FreeStyle interyer dizayn mühazirəsinə dəvət edir

YARAT FreeStyle interyer dizayn mühazirəsinə dəvət edir
13:27 3 Fevral 2017
44 Ölkə
Ölkə mətbuatı
A- A+

YARAT FreeStyle sizi interyer dizayn mühazirəsinə dəvət edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, mühazirənin mövzusu "İnteryer dizaynında dünya tendensiyaları. Maison & Objet 2017 sərgisinin nəticələri"dir.

Mühazirə haqqında:

Mühazirə ərzində siz interyer dizaynın bütün qlobal tendensiyaları, o cümlədən Parisdə, "Maison & Objet 2017" sərgisində baş verən maraqlı hadisələrlə ətraflı tanış olacaqsınız. Dizayner Viktoriya Yakuşa sizə mövcud rəng və işıq nüansları, dekor və material seçimində diqqət yetirilməli vacib məqamlar, habelə dekor-material uyğunluğundan bəhs edəcək. Mühazirədə ekoloji interyer, təbii materiallardan istifadə, habelə müasir dövrün ən aktual tendensiyası - forma lakonikliyi və faktura zənginliyi haqqında məlumatlar təqdim olunacaq.

Mühazirəçi haqqında:

Viktoriya Yakuşa - ukraynalı dizayner və memar, bir çox yaşayış evləri və ictimai binalarda interyerlərin müəllifi, "Yakusha Design" studiyasının rəhbəridir.

"Yakusha Design" studiyası 2007-ci ildə təsis edilib və həmin vaxtdan etibarən istedadlı dizaynerlər komandası təkcə Ukrayna deyil, həm də xarici ölkələrdə onlarla uğurlu layihə üzərində çalışırlar. Viktoriyanın üslubu Avropa memarlıq və dizayn anlayışı üzərində qurulub və məhz bu səbəbdən, müasir məkanların yaradılması ilə məşğul olur. Viktoriyanın başlıca yanaşması funksionallıq, lakoniklik və fərdilikdir.

"Yakusha Design" studiyasının layihələri "InterYear" və "Architectural Awards" kimi nüfuzlu müsabiqələrdə ən yüksək yerlərə layiq görülüb və layihələrdən biri "Dünyanın 40 ən yaxşı evi" toplusuna daxildir.

Tarix: 9 fevral
Vaxt: 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (Bayıl qəsəbəsi, Dövlət Bayrağı Meydanın yaxınlığı), tel. (+99412)505 1414
Giriş sərbəstdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/513981.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR