Moskvada MƏXFİ GÖRÜŞ: böyük müharibənin qarşısını kim və necə aldı?

Moskvada MƏXFİ GÖRÜŞ: böyük müharibənin qarşısını kim və necə aldı?
13:33 3 Fevral 2017
61 Dünya
Ölkə mətbuatı
A- A+

2015-ci il noyabrın 24-də Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra iki ölkə müharibənin kandarına qədər gəlib çıxdı. Lakin təxminən 9 aylıq gərginlikdən sonra barışıq əldə olundu və bu gün Moskva ilə Ankara bir çox məsələdə birgə hərəkət edirlər. İki ölkənin münasibətlərinin düzəldilməsində Kremlin ideoloqu, Avrasiya hərəkatının lideri Aleksandr Duqinin mühüm rol oynadığı da artıq təsdiqlənib. Lakin həmin vaxt proseslərin necə cərəyan etdiyi haqda yeni detallar ortaya çıxıb.

Publika.az
xəbər verir ki, “Bloomberg” nəşri türk mənbələrinə istinadən Duqinin iki ölkənin münasibətlərini düzəltmək üçün hansı addımlar atdığını yazıb.

Məlumata görə, Duqin əlaqələrindən istifadə edərək, Rusiya prezidenti Vladimir Putinə və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğana “təhlükəli düşmənçiliyi” bir kənara atmağa kömək edib.

Türkiyə kəşfiyyatının keçmiş rəhbəri İsmayıl Pekin nəşrə danışır ki, türk zabitləri ilə rus zabitlərin görüşünü də məhz Duqin təşkil edib.

Onun sözlərinə görə, Türkiyənin “Vətən” Partiyasının (rəhbəri Doğu Perinçəkdir - red.) beş nümayəndəsi Moskvaya gəldilər.

“Onlar istefaya çıxmış general və admirallar idi. Dörd gün Moskvada qaldılar. Səfər zaman onlar “Sarqrad” telekanalının banisi, oliqarx Konstantin Malofeyevlə görüşdülər. Bu görüş məxfi otaqda baş tutdu. Duqin Malofeyevi “Putinin sağ əli” kimi təqdim etdi. O, türk nümayəndələrini inandırdı ki, Malofeyevlə danışmaları Rusiya prezidenti ilə birbaşa danışmaları kimi bir şeydir. Türk nümayəndələri Malofeyevə izah etdi ki, rus təyyarəsinin vurulmasında Ərdoğan məsuliyyət daşımır. Bu iş türk ordusu içindəki güclər tərəfindən həyata keçirilib. Onlar qeyd etdilər ki, bu məsələ ilə bağlı araşdırmalar aparılır və Ərdoğan üzr istəyəcək. Duqin bu məlumatları Rusiya məmurlarına verdi. Duqin və Malofeyev öz növbələrində türk nümayəndələrinə xəbərdarlıq etdilər ki, 16 iyul gecəsi Türkiyədə hərbi qiyam cəhdi ola bilər”, - deyə keçmiş kəşfiyyat rəhbəri vurğulayıb.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/186297.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR