Lukaşenkodan “müftəxorlara” ŞAD XƏBƏR

Lukaşenkodan “müftəxorlara” ŞAD XƏBƏR
13:38 3 Fevral 2017
45 Dünya
Ölkə mətbuatı
A- A+

Belarusda “müftəxorluq haqqında dekret” ləğv edilə bilər.

Publika.az xəbər verir ki, bu haqda ölkə prezidenti Aleksandr Lukaşenko jurnalistlərə açıqlamasında deyib.

“Müftəxorluq haqqında dekret” 2015-ci ilin aprelində Belarus prezidenti tərəfindən imzalanıb. Sənəd işləməyən, vergi ödəməyib büdcənin formalaşmasında iştirak etməyən, amma sosial xidmətlərin istehlakçıları olan vətəndaşların müftəxorluğa görə vergi verməyə məcbur edilməsini nəzərdə tutur.

Hakimiyyət hesab edir ki, Belarus 400 min vətəndaş işləmir və vergi ödəmir. 2017-ci ilin yanvarında Vergilər Nazirliyi vergi orqanlarının “müftəxorlar”ın vergi ödənişinə dair təxminən 400 min bildiriş göndərdiyini açıqlayıb.

Ötən ay “müftəxorluq haqqında dekret”in ləğvi üçün imzatoplama kampaniyası başlanıb.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/186300.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR