“Putin mənə birbaşa deyir ki...” - Lukaşenkodan SƏRT İTTİHAMLAR

“Putin mənə birbaşa deyir ki...” - Lukaşenkodan SƏRT İTTİHAMLAR
13:43 3 Fevral 2017
191 Dünya
Ölkə mətbuatı
A- A+

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanı Belarusla dövlətlərarası müqavilələri pozmaqda ittiham edib.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko bu haqda Minskdə keçirdiyi böyük mətbuat konfransında deyib.

“Hansısa bir nazir, “fsbeşnik” (Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikovu nəzərdə tututr –red.) və başqası bir anda bütün razılaşmaların üstündən xətt çəkir, öz əmrini dərc edir - 801, 802, 803. Mən hətta bu əmrlərin nömrələrini açıqlayıram”, - deyə Lukaşenko bildirib.

Onun sözlərinə görə, Rusiya ilə münasibətlərdə kəskinləşmə ona görə baş verib ki, Rusiyada Belarusun Qərbə gedəcəyi barədə sayıqlama ortaya çıxıb. Bundan başqa, Lukaşenko vurğulayıb ki, Rusiya rəhbərliyində olan müxtəlif siyasi güclər var, onlardan bir hissəsinin mövqeyi Rusiya prezidentinin mövqeyi ilə ziddiyyət təşkil edir.

“Son zamanlar vəziyyət pis istiqamətdə inkişaf edir. Amma yenə vurğulayıram: orada müxtəlif güclər var. Və prezident Vladimir Putin mənə birbaşa deyir: “Sən diqqət yetirmə!”.

Dövlət başçısının sözlərinə görə, prezident olduğu dövrdə imkan verməyəcək ki, kimsə rusiyalıya daş atsın.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/186303.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR