Mariya Zaxarova: "Azərbaycan və Ermənistan cəmiyyətləri dinc kompromis axtarmağın alternativsizliyi barədə maarifləndirilməlidir"

Mariya Zaxarova: "Azərbaycan və Ermənistan cəmiyyətləri dinc kompromis axtarmağın alternativsizliyi barədə maarifləndirilməlidir"
13:47 3 Fevral 2017
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 fevral. REPORT.AZ/ "Münaqişənin həllinə töhfə verməkdə xalq diplomatiyasının rolunu yüksək qiymətləndiririk, ancaq ən mühüm missiya münaqişə tərəflərinin ictimai dairələrini qarşılıqlı kompromis yollarının dinc axatışının alternativsizliyi barədə maarifləndirməkdir".
"Report" xəbər verir ki, bunu keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova "Ermənistan və Azərbaycan arasında sülh platforması"nın Qarabağ münaqişəsinin nizamlanmasına mümkün təsiri məsələsini şərh edərkən deyib.
Onun sözlərinə görə, hər bir təşəbbüs ilk növbədə bu məqsədə uyğun olmaldır: "Məhz bu məqsədlərə qulluq edən istənilən ictimai təşəbbüsləri alqışlayırıq".

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/azerbaycan-ve-ermenistan-cemiyyetleri-dinc-kompromis-axtarmagin-alternativsizliyi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR