Di Kaprio türk aşpaza qonaq oldu - FOTO

Di Kaprio türk aşpaza qonaq oldu - FOTO
13:57 3 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Məşhur aktyor, Hollivud ulduzu Leonardo Di Kaprio sosial şəbəkələrin ulduzu, türk aşpaz Nüsret Gökçenin qonağı olub.

Milli.Az Just Jared-ə istinadən bildirir ki, "Salt Bae" kimi tanınan Nüsret Gökçe aktyorla çəkdirdiyi fotonu İnstagram profilində paylaşıb.

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində çalışan aşpaz fotonu ""Oscar"a namizəd sənsən" sözləri ilə müşayiət edib.

N.Gökçenin İnstagram profilinin 3 milyondan artıq daimi təqibçi var. Türk aşpaz qızardılmış əti teatral manera ilə duzlaması ilə tanınır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində







Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/513864.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR