Aleksandr Lukaşenko Rusiyanın yüksək vəzifəli məmuruna cinayət işinin açılması haqqında göstəriş verib

Aleksandr Lukaşenko Rusiyanın yüksək vəzifəli məmuruna cinayət işinin açılması haqqında göstəriş verib
14:02 3 Fevral 2017
51 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 3 fevral. REPORT.AZ/ Belarus prezidenti Aleksandr Lukaşenko ölkənin Daxili İşlər Nazriliyinə Rusiya Kənd Təsərrüfatı Məhsullarına Nəzarət Federal Xidmətnin başçısı Sergey Dankvertə qarşı cinayət işinin açılması haqqında tapşırıq verib. 
“Report” TASS-a istinadən bildirir ki, dövlət başçısı Belarus istehsalı olan ərzaq məhsullarının Rusiyaya buraxılmaması məsələsinə münasibət bildirərkən, deyib: “Ərzaq məhsulları məsələsinə gəldikdə isə biz bu məsələni araşdırmalıyıq. Dövlətə dəyən ziyana görə Dankvertə qarşı cinayət işi açmaq lazımdır. Bir məsələni də deyim. Dankvertlərin hamısı mülkədardır. Onlar öz mallarının və ya istehsal etdikləri məhsullarının satılmasında maraqlı olduqları üçün belə edirlər”.
Qeyd edək ki, Rusiya Kənd təsərrüfatı məhsullarına nəzarət xidməti Belarusda istehsal edilən bəzi malların Federasiya ərazisinə buraxılmasını qadağan edib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/aleksandr-lukasenko-rusiyanin-yuksek-vezifeli-memuruna-cinayet-isinin-baslanmasi-haqqinda-gosteris

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR