Murad Arif üçün özəl gün - FOTO

Murad Arif üçün özəl gün - FOTO
14:17 3 Fevral 2017
40 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni-bəstəkar Murad Arifin anası Sənubər xanımın ad günüdür.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi anasını sosial şəbəkədə təbrik edib.

Təəssüratlarını bölüşən M.Arif bunları bildirib:

"Anam Sənubər müəllim 45 il nəsillər yetişdirib, biologiya, zoologiya, botanika dərsi verib. Sübhdən evdən çıxıb, qaranlıqda qayıdıb. İki növbədə işləyib. Ciyərlərini, gözlərini, ayaqlarını qocaltdı məktəb yolunda. Evdə də tələbələri qəbul edirdi. Anamın sayəsində minlərlə sumqayıtlı gələcəyin həkimi, bioloqu oldu. Atamla bərabər bir qarın ac, bir qarın tox böyütdülər bizi. Amma 3 övladına təhsil, tərbiyə verdilər. Biz qaranlıqda Bakıdan Sumqayıta qayıdarkən yorğana bürünüb eyvanlardan asılı qaldı ki, ən azı məhlədən nəzarət edə bilsin. Belə qadınların cəmiyyətə, xalqa, ölkəyə töhfəsi qiymətsizdir. Bütün uğurlarım üçün onun dualarına, namazına borcluyam. O əsl analar anası, fədakar, qeyrətli və ziyalı Azərbaycan qadınının simvoludur mənim üçün. Ad günün mübarək, ana".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/513936.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR