Jerusalem Post: "Dünya Xocalı soyqırımının qanlı tarixindən dərs almalıdır"

Jerusalem Post: "Dünya Xocalı soyqırımının qanlı tarixindən dərs almalıdır"
14:22 3 Fevral 2017
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Minlərlə azərbaycanlı 2017-ci il yanvarın 27-də Beynəlxalq Holokost qurbanlarının anım gününə qatılıb. Çünki Azərbaycan Xocalı soyqırımının qanlı tarixinə şahidlik edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə İrqçilik və və Antisemitizm Əleyhinə Beynəlxalq Liqanın (LICRA) Azərbaycan bölməsinin nümayəndə heyətinin sədri Səid Musayevin Xocalı soyqırımının ildönümünə həsr olunmuş məqaləsində qeyd edilib.

İsrailin nüfuzlu "Jerusalem Post" qəzetində dərc olunan məqalədə yazılıb: "Biz unutmamalıyıq. Çünki bizim borcumuzdur ki, Holokost, Xocalı və digər soyqırım qurbanlarının xatirəsinin unudulmaması və gələcəkdə bu cür vəhşiliklərin qarşısının alınması üçün əlimizdən gələni edək".

Müəllif öz məqaləsində qeyd edir ki, yəhudi və azərbaycanlıların səyləri ədalətin əldə olunması, xatirələrin qorunub saxlanması, eləcə də bu cür hadisələrin qarşısının alınması məqsədilə birləşdirilməlidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/514005.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR