Deputat məhkəməyə verildi

Deputat məhkəməyə verildi
22:21 6 Yanvar 2015
145 Ölkə
Ölkə mətbuatı
A- A+

Küveyt parlamentinin deputatı Nabil əl-Fadla məhkəməyə verilib.

ANS PRESS-in məlumatına görə, ona qarşı milli heysiyyatı təhqir etmə ittihamı irəli sürülüb.

Buna səbəb onun Küveytdə spirtli içki məhsullarının leqallaşdırılmasının əleyhinə olmadığını deməsi olub.

Fadla özünü müdafiə edərək bildirib ki, bu, yalnız şəxsi düşüncələri olub və müvafiq qanun layihəsini irəli sürməyi planlaşdırmayıb.

Qeyd edək ki, Küveytdə spirtli içkini qadağan edən qanun 1983-cü ildə qəbul edilib. Küveyt Fars körfəzində müvafiq qadağanı tətbiq edən ilk ölkədir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR