"İradənin öz, mənimsə öz yerim var" - Günay

"İradənin öz, mənimsə öz yerim var" -  Günay
12:16 16 Mart 2015
61 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Günay İbrahimli özünü həmkarı İradə İbrahimovaya bənzətməsi ilə bağlı söz-söhbətlərə son qoyub.

Axşam.az-ın məlumatına görə, ifaçı “Onlar”a açıqlamasında bu iddiaları qəbul etmədiyini deyib:

“Neçə vaxtdır İradə xanımı uzaqdan tanıyıram. Bu yaxınlarda bir çəkilişdə olduq, görüşdük. Bir-birimizə bənzəmirik. Mən toppuşam, o arıqdır. Deyirdilər, İradə getdi, sən onun yerinə gəldin. Bu fikirlə razı deyildim. Onun sənətə qayıtmağı gözəl oldu. Hamı gördü ki, İradənin öz, mənimsə öz yerim var. İstəyirəm rəqabət artsın, hamı gözəl işlər görsün. Yerimin harda olduğunu tamaşaçılar indi daha yaxşı görsün".

G.İbrahimli İnstaqram səhifəsində izlədiyi dostlarını silməsinin səbəbini açıqlayıb: 

"İnsanlar fikirləşirdi ki, Günay qudurdu, ulduzlaşdı. 568 insani izləyirdim. Yüz adamı silmək istəyirdim. Onlar arasında sənət dostlarım, aktyorlar var idi. Elə insanlar var ki, izləyə bilmirəm, əsəblərimə toxunur. Tolik məsləhət gördü ki, hamını sil. Kimlər sənə yaxındır, onları izlə. Mən də bu cür etdim".


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=27905

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR