"Kədər məni xoşbəxt edir" - Kəmalə Müzəffər

"Kədər məni xoşbəxt edir" -  Kəmalə Müzəffər
14:31 3 Fevral 2017
Ölkə mətbuatı
A- A+

"Köhnə əşyalarmı atmağı sevmirəm. Bütün əşyalarımı saxlayıram ki, teatrda mənə lazım olar. Hərdən də onları teatra verirəm. İki oğlan, bir qız övladım var. Qızım bu xasiyyətimə hərdən əsəbiləşir. Amma əntik əşyalara bir qəpik də vermərəm. Sadəcə, özümə aid olanları xoşlayıram".

Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Kəmalə Müzəffər deyib.

“ARB TV”də yayımlanan “Gəlin danışaq” verilişinə qonaq olan aktrisa həyatından söz açıb:

“Keçmişimə bağlı biri deyiləm. Deyirlər, insan keçmişini unutmaz. Mən unuduram, bəlkə orda elə hal olub ki, xatırlamaq istəmirəm. Bir kitabı bağladımsa, ölsəm də açmaram. Həyatımda çox kədərli günlər olub. Nə qədər şən, gülərüz görünsəm də, həyatımda kədər daha çoxdur. Kənara niyə kədər göstərim ki? Kədər, qüssə məni xoşbəxt edir. Xoş günlərdən qorxuram".

K.Müzəffər atasının ona qoyduğu qadağadan danışıb:

"Gənc yaşımda dərnəyə yazıldım, məni tamaşalar çəkirdi. Atamın icazəsi olmadan dərnəyə gedirdim. Bir dəfə də atam olmayanda qaçıb dərnəyə gedirdim. Düşündüm ki, atam görməz, amma qəfildən qarşıma çıxdı. Deyə bilmirdim ki, dərnəyə gedirəm, qadağa qoymuşdu. Amma düzü dedim, əsəbiləşdi. Gizli incəsənət universitetinə sənəd verdim. Qəbul olanda evdə dedim. Atam ailə qurduğum günə qədər məni danışdırmadı".


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=65911

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR