"Barselona" "Real"ın futbolçusu ilə maraqlanır

"Barselona" "Real"ın futbolçusu ilə maraqlanır
14:32 3 Fevral 2017
46 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona" əzəli rəqibi "Real Madrid"in futbolçusu İskonun xidmətində maraqlıdır. Məlumatı nüfuzlu "As" nəşri yayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, mənbə katalon klubunun idman direktoru Robert Fernandezin uzun zamandır İskonu izlədiyini yazır. "Barcelona" ispaniyalı yarımmüdafiəçinin "Real"la yeni müqavilə imzalamayacağına ümid edir.

Madridlilərin baş məşqçisi Zinəddin Zidan sözügedən futbolçunun komandada qalmasını istəyir. Klub rəhbərliyi də ona 2018-ci ilin yayına kimi nəzərdə tutulmuş yeni müqavilə təklif etmək fikrindədir. İsko isə müqaviləsini yeniləməyə, hələ ki tələsmir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/513996.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR