Qonaqlara xəşil, xəngəl verən hotel - REPORTAJ

Qonaqlara xəşil, xəngəl verən hotel  - REPORTAJ
14:34 3 Fevral 2017
57 Digər
Ölkə mətbuatı
A- A+

Xızı rayonunun Altıağac qəsəbə sakini Lətifə Həşimova 20 ildən çoxdur ev turizmi ilə məşğul olur. Onun sözlərinə görə, Altıağaca yerli turistlərlə yanaşı, xarici ölkələrdən gələnlər də maraq göstərir.

 

Gündəlik 3 dəfə yeməklə qiymətlər 35-40 manat arasında dəyişir: "Gələn qonaqlarımıza milli yeməklərimizdən xəşil, xəngəl bişiririk. Qutab, dovğa, fətir də bişiririk. Lavaş veririk pendirlə, şəhərdən gələn adamlar üçün tapılmış kimi olur. Adambaşına qiymətlər 35-40 manatdır. Bütün verdiyimiz qida məhsullarının hamısı yerli olur".

 

Xızıda kənd turizmi ilə məşğul olanların sayı çoxdur. Mütəxəssislər buna səbəb kimi rayonda hotellərin sayının az olmasını göstərir. Turizm potensialının yüksək qiymətləndirilməsinə baxmayaraq, Xızıda cəmi bir hotel fəaliyyət göstərir.

 

Xızı rayon Mədəniyyət və Turizm İdarəsinin rəisi Mövsüm Bağırov deyir ki, Xızıya yerli turistlər daha çox üstünlüklər verir: "Xızı rayonunda ekoturizm daha çox inkişaf edib. Bilirsiz ki, turizmlə bağlı dövlət başçısı müvafiq fərmanlar imzalayıb. Hazırda Xızıda yeni hotel tikilir".

 

Mövsüm Bağırov Xızıya daha çox yerli turistlərin maraq göstərməsinin digər səbəbi kimi paytaxta yaxın olmasını qeyd edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/266725

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR