Əməkdar artist: "Atam ailə qurduğum günə qədər məni danışdırmadı"

Əməkdar artist: "Atam ailə qurduğum günə qədər məni danışdırmadı"
14:42 3 Fevral 2017
Ölkə mətbuatı
A- A+

"Köhnə əşyalarmı atmağı sevmirəm. Bütün əşyalarımı saxlayıram ki, teatrda mənə lazım olar. Hərdən də onları teatra verirəm. İki oğlan, bir qız övladım var. Qızım bu xasiyyətimə hərdən əsəbləşir. Amma əntiq əşyalara bir qəpik də vermərəm. Sadəcə, özümə aid olanları xoşlayıram".

Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Kəmalə Müzəffər deyib.

"ARB TV"də yayımlanan "Gəlin danışaq" verilişinə qonaq olan aktrisa həyatından söz açıb:

"Keçmişimə bağlı biri deyiləm. Deyirlər, insan keçmişini unutmaz. Mən unuduram, bəlkə, orada elə hal olub ki, xatırlamaq istəmirəm. Bir kitabı bağladımsa, ölsəm də, açmaram. Həyatımda çox kədərli günlər olub. Nə qədər şən, gülərüz görünsəm də, həyatımda kədər daha çoxdur. Kənara niyə kədər göstərim ki? Kədər, qüssə məni xoşbəxt edir. Xoş günlərdən qorxuram".

K.Müzəffər atasının ona qoyduğu qadağadan danışıb:

"Gənc yaşımda dərnəyə yazıldım, məni tamaşalar çəkirdi. Atamın icazəsi olmadan dərnəyə gedirdim. Bir dəfə də atam olmayanda qaçıb dərnəyə gedirdim. Düşündüm ki, atam görməz, amma qəfildən qarşıma çıxdı. Deyə bilmirdim ki, dərnəyə gedirəm, qadağa qoymuşdu. Amma düzünü dedim, əsəbləşdi. Gizli İncəsənət Universitetinə sənəd verdim. Qəbul olanda evdə dedim. Atam ailə qurduğum günə qədər məni danışdırmadı".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/514011.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR