"Evliliklərin olmadığı evlilik proqramları..." - Esra Erol yenə söz atdı

"Evliliklərin olmadığı evlilik proqramları..." - Esra Erol yenə söz atdı
14:46 3 Fevral 2017
896 Şou
Ölkə mətbuatı
A- A+

Aparıcı Esra Erol məscidlərdəki cümə xütbəsində bəzi evlilik proqramlarının tənqid olunmasına sevindiyini bildirib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə o, "Twitter" hesabında yazıb:

"Proqramların Məclis komissiyalarında (TBMM-dəki iclaslar - red.) və cümə xütbələrində müzakirə edilməsi 2 illik səs-küyümün nəticəsidir. Artıq həvəsdən düşmüşdüm. Bu xəbərlərlə adımın çəkilməsi mənə pis təsir edirdi. 2007-ci ildən bəri hazırladığım evlilik proqramının son iki ildə gəldiyi nöqtə".

Aparıcı "Evliliklərin olmadığı evlilik proqramları" yazdığı son paylaşımı ilə rəqiblərinə söz atıb.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=65910

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR