Eldar Əzizov bələdiyyə sədrlərinə xəbərdarlıq etdi

Eldar Əzizov bələdiyyə sədrlərinə xəbərdarlıq etdi
14:52 3 Fevral 2017
62 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda prezident tərəfindən irəli sürülən tapşırıqlarla bağlı Səbail Rayon İcra Hakimiyyətində müşavirə keçirilib.

İH-dən Milli.Az-a verilən xəbərə görə, icra başçısı Eldar Əzizov qeyd edib ki, rayonda korrupsiya hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə baxmayaraq, yenə də bəzi yerlərdə dövlət torpaqlarının qanunsuz olaraq zəbt olunması və saxta sənədlərlə rəsmiləşdirilməsi, qanunsuz tikintilər aparılması halları qalmaqdadır: "Müəyyən olunmuş faktlar üzrə sənədlər hüquq-mühafizə orqanlarına verilərək, bir sıra faktlar üzrə cinayət işləri açılıb".

E. Əzizov bələdiyyə qurumlarının işini sərt tənqid edərək onlara xəbərdarlıq edib. Həmçinin RİH-də və digər qurumlarda çalışan, qanunsuzluqlara göz yuman məmurlar və vəzifəli şəxslərə də xəbərdarlıq edib, qəti tədbirlər görülməsi üçün hüquq-mühafizə orqanlarının rəhbərlərinə tapşırıqlar verib: "Azərbaycanda hüquqi dövlət qurulub və bu bizim tarixi nailiyyətmizdir. Qanun qarşısında hamı bərabərdir və onun tələblərinə riayət etmək vacibdir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/514013.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR