BBF-də uşaqlar üçün “Gələcəyin biznesmenləri” günü keçirilib

BBF-də uşaqlar üçün “Gələcəyin biznesmenləri” günü keçirilib
14:57 3 Fevral 2017
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 fevral. REPORT.AZ/ “Baku Business Factory” (BBF) biznes inkubasiya mərkəzində “Gələcəyin biznesmenləri” günü keçirilib.
“Report”un məlumatına görə, layihənin hazırlanmasında məqsəd uşaqlara real iş ofisini göstərmək, onların məsuliyyət hiss etmələrinə imkan vermək, mövcud biznes sferasında onların gələcəyinin mümkünlüyünü göstərməkdir.
Proqrama əsasən, "Bakı Modern Təhsil Kompleksi"nin nəzdində "Modern Baby" körpələr evi-uşaq baxçasının uşaqları BBF-in ofisi və BBF-in dəstəklədiyi layihlərlə tanış olublar. BBF-də fəaliyyət göstərən layihə rəhbərləri öz start-apları haqqında uşaqların başa düşəcəyi tərzdə məlumat veriblər. Proqrama əsasən, uşaqlar BBF-in ofisi və kovörkerlərlə tanış olub, şirin təamların olduğu masaya dəvət ediliblər, layihə çərçivəsində müzakirələr və oyunlar keçirilib. 
Kovörkerlər uşaqlara ilk olaraq işin və pulun nə olduğu barədə qısa məlumat veriblər. Sonra uşaqların hər biri özü və harada oxuduğu, böyüyəndə kim olmaq istədiyi barədə danışıb, həmçinin mütəxəssislərə suallar veriblər.
Proqrama uyğun olaraq, gələcəyin biznesmenləri olmaq istəyən uşaqlara pul ilə rəftar qaydaları öyrədilib. Həmçinin onlara maraqlı peşələr barədə məlumat verilib, özünə inam hissini inkişaf etdirmək və hobbi üçün ideyalar vermək istiqamətində söhbətlər aparılıb.
Mərkəzdə uşaqlara müxtəlif öhdəliklər də verilib. Məsələn: sənədləri həmkarına aparmaq, çap olunmuş sənədləri printerdən götürmək və s.
Sonda iştirakçılara hədiyyələr verilib.
Xatırladaq ki, “Baku Business Factory” azərbaycanlı iş adamı, “Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisi Anar Əlizadənin təşəbbüsü ilə 2015-ci ilin may ayında yaradılıb. BBF-in əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir göstərəcək perspektivli biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.
On səkkiz aydan çoxdur ki, fəaliyyət göstərən təşkilata indiyədək iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən 800-dən çox layihə üzrə müraciət edilib. Hazırda BBF-də 25-dən çox layihəyə dəstək göstərilir. Bu layihələr ən yüksək texnologiyalardan tutmuş kənd təsərrüfatına kimi müxtəlif sektorları əhatə edir.



















Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/bbf-de-usaqlar-ucun-geleceyin-biznesmenleri-gunu-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR