Yaponiya BDU-ya yapon dilinin təkmilləşdirilməsi məqsədi ilə qrant ayırıb

Yaponiya BDU-ya yapon dilinin təkmilləşdirilməsi məqsədi ilə qrant ayırıb
14:57 3 Fevral 2017
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 fevral. REPORT.AZ/ Bakı Dövlət Universitetində (BDU) Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
"Report" BDU-nun informasiya və mətbuat şöbəsinə istinadən xəbər verir ki, qonaqları salamlayan rektor, akademik Abel Məhərrəmov universitetin beynəlxalq əlaqələrindən, o cümlədən Yaponiya universitetləri ilə uğurlu əməkdaşlıqdan bəhs edib. Rektor deyib ki, 2000-ci tədris ilindən etibarən Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində “Uzaq Şərq dilləri və ədəbiyyatı” kafedrası yaradılıb və burada yapon dili və ədəbiyyatı ixtisasları açılıb.
"Bu illər ərzində Yaponşünaslıq ixtisasının 11 buraxılışı üzrə 100-dək bakalavr, yeddi buraxılış üzrə 10-dan artıq magistr hazırlanıb, bir nəfər elmlər doktoru dissertasiyası müdafiə edib. Məzunlardan altı nəfəri Yaponiyada magistraturada təhsil alıblar. Bakı Dövlət Universiteti və Yaponiyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə ötən illər ərzində ənənəvi olaraq Bakı yapon dili natiqlik müsabiqəsi, konfranslar, Yaponiya mədəniyyət günləri kimi tədbirlər keçirilib" - Abel Məhərrəmov bildirib.
Səfir Tsuquo Takahaşi Bakı Dövlət Universiteti ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib, bu müddətdə həyata keçirilən işləri yüksək qiymətləndirib.
Sonra Yaponiya hökumətinin maliyyə dəstəyi ilə “Bakı Dövlət Universitetinin Yapon dili şöbəsinin təkmilləşdirilməsi” layihəsi üzrə qrant müqaviləsinin imzalanma mərasimi keçirilib. Layihənin əsas məqsədi Yapon dili şöbəsinin otaqlarını təmir etmək və lazımi avadanlıqlarla təchiz etməklə, sözügedən şöbədə təhsilin səviyyəsini yaxşılaşdırmaqdır. Layihənin ümumi məbləği 77,060 ABŞ dolları təşkil edir.




Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/yaponiya-bdu-ya-yapon-dilinin-tekmillesdirilmesi-meqsedi-ile-qrant-ayirib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR