Xəstəxana rəhbəri həkimin intiharından danışdı: "Son vaxtlar..."

Xəstəxana rəhbəri həkimin intiharından danışdı: "Son vaxtlar..."
14:59 3 Fevral 2017
66 Digər
Ölkə mətbuatı
A- A+

Fevralın 1-də İsmayıllı rayonunun Cülyan kəndində yaşayan 52 yaşlı Çingiz Bədirovun intiharı ilə bağlı araşdırmalar davam etdirilir. Lent.az xəbər verir ki, yaşadığı evdə özünü zəhərləyən və bir gün sonra işlədiyi xəstəxanada vəfat edən stomatoloqun hansı səbəbdən həyatına qəsd etməsi hələlik məlum deyil.

 

İsmayıllı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aydın Əsədov uzun illər rayon xəstəxanasının poliklinika şöbəsində işləyən Çingiz Bədirovun sakit insan olduğunu deyib. Lent.az-a açıqlama verən baş həkim bildirib ki, Çingiz Bədirov spirtli içki qəbul etmirmiş: “Çox sakit insan idi, kimləsə işi olmazdı. Görünür psixoloji proses gedirmiş. Həm də mənə deyilənə görə, son vaxtlar çox fikirli, dərdli imiş. Amma onu hansı problemin narahat etdiyini bilmirik. Bəlkə də, problemi olmayıb, sadəcə psixoloji proses baş verib”.

 

Baş həkim əlavə edib ki, Çingiz həkim zəhərlənəndən sonra işlədiyi xəstəxanada ona tibbi yardım göstərilib: “Əvvəlcə tibbi müdaxiləyə müsbət reaksiya göstərdi, halı normallaşmışdı. Amma zəhərlənmə getdikcə öz təsirini artırdı və vəfat etdi”.

 

Qeyd edək ki, Ç.Bədirovun intiharı ilə bağlı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/266727

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR