Rusiya Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
15:07 3 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 3 fevral. REPORT.AZ/ Rusiya Bankının (Mərkəzi Bank) Direktorlar Şurası bu gün keçirdiyi növbəti iclasda uçot dərəcəsinin sabit saxlanmasına dair qərar qəbul edib. 
"Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, bununla da Rusiya Bankı uçot dərəcəsini 10% səviyyəsində saxlayıb. 
Bank bildirir ki, inflyasiyanın cari dinamikası proqnozlara uyğun olsa da, 2017-ci ildə 4% hədəfindən yayınma ehtimalı mövcuddur. Həmçinin, Mərkəzi Bankın açıqlamasında qeyd olunur ki, ilin ilk yarısında uçot dərəcəsinin endirilməsi ehtimalı azalıb. 
Qeyd edək ki, yanvarda Rusiyada illik inflyasiyanın səviyyəsi 5,1%-ə kimi geriləyib. Bir ay öncə isə bu göstərici 5,4% olub. Növbəti iclasın martın 24-də keçirilməsi planlaşdırılır.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/rusiya-merkezi-banki-ucot-derecesini-sabit-saxlayib111

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR