Birinci xanım "Ağ Ev"ə köçməyəcək - foto

Birinci xanım "Ağ Ev"ə köçməyəcək - foto
15:11 3 Fevral 2017
109 Şou
Ölkə mətbuatı
A- A+

ABŞ-ın yeni prezidenti Donald Trampın xanımı Melaniyanın "Ağ ev"ə köçməyəcəyi iddia edilir.

Axşam.az-ın məlumatına görə, bu barədə ABŞ mediası xəbər yayıb. İddia edilir ki, birinci xanım inauqurasiyadan sonra oğlu Barronun təhsilini davam etdirməsi üçün Nyu-Yorka dönüb və ondan sonra ictimaiyyət arasında görünməyib.

Melaniyaya yaxın insanların bildirdiyinə görə, o, oğlunun təhsilini bitirməsindən sonra da "Ağ Ev"ə ərinin yanına köçməyəcək. Onun yerini isə böyük qızı İvanka Tramp alacaq.

Belə ki, D.Trampın prezidentlik kürsüsünə oturduqdan sonra həyata keçirdiyi ilk əməliyyatda dünyasını dəyişən hərbçi Uilyam Ouensin dəfn mərasimində də Donald qızı İvanka ilə birgə iştirak edib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=65914

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR