"Avtobus sürücülərini 8 saat əvəzinə 15 saat işlədən daşıyıcılar var"

"Avtobus sürücülərini 8 saat əvəzinə 15 saat işlədən daşıyıcılar var"
15:12 3 Fevral 2017
38 Ölkə
Ölkə mətbuatı
A- A+

"Aparılan araşdırmalar onu göstərir ki, nəqliyyat sahəsində hələ də işlər öz qaydasında getmir".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu daşıyıcılarla keçirilən görüşdə Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktorunun müşaviri Mübariz Abbasov bildirib.

"Son vaxtlar baş verən yol-nəqliyyat hadisələri onu göstərir ki, bir çox daşıyıcıların istehsalat bazası yoxdur. Bu cür bazası olmayan daşıyıcıların avtobuslarının nə texniki müayinəsi, nə də sürücülərin tibbi müayinəsi həyata keçirilir. Bundan başqa, sürücüləri 8 saat əvəzinə 14-15 saat işlədən daşıyıcılar var. Bu problemi aradan qaldırmaq üçün sürücü bazası yaradılmalıdır", - deyə M. Abbasov qeyd edib.

Müşavir avtoparkların da standartlara cavab vermədiyini əlavə edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/514012.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR