Lev Spivak: "Erməni diaspor təşkilatlarının çoxu, ilk növbədə, erməni xalqının üzərində parazitlik edir"

Lev Spivak: "Erməni diaspor təşkilatlarının çoxu, ilk növbədə, erməni xalqının üzərində parazitlik edir"
15:17 3 Fevral 2017
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Bir çox erməni diaspor təşkilatları ilk növbədə erməni xalqının üzərində parazitlik edir.

Milli.Az bildirir ki, bunu Trend-ə "İsrail-Azərbaycan" Assosiasiyasının baş direktoru Lev Spivak deyib.

L.Spivak deyib: "Mən İsraildə müşahidə edirəm ki, onlar əksər vaxtlarda heç nədən səs-küy yaradır. Bu, sponsorların etibarını doğrultmaq üçün edilir. Çoxlu səs-küy yaradılır, amma hər kəsə məlumdur ki, nəticədə heç nə alınmayacaq".

O qeyd edib ki, bunun bariz nümunəsi İsrail parlamentində "erməni soyqırımı" ilə müxtəlif fikirlər səsləndirən millət vəkili Zahava Qalyondur: "O, özü də gözəl başa düşür ki, bu fikirlər boş-boşuna səsləndirilir. Bu işlərlə erməni nümayəndələri və lobbiçilər məşğul olur. Mənim onların sponsoruna və parazitliyə məruz qalan xalqa yazığım gəlir. "

Qeyd edək ki, Amerika Erməni Milli Komitəsi Trend agentliyinin müəllifinin "Trump puts end to Armenian lobby's influence on US" adlı, ABŞ-da erməni diasporunun vəziyyətinin pisləşməsi barədə məqaləsindəki sözlərini təhrif etməyə çalışıb.

Komitə Twitter-dəki səhifəsində həmin məqalədəki Amerika erməni diasporunun öz sahibinin bədənində parazitlik etməsi barədə sitatı Hitlerin "Mayn Kamf" kitabındakı sitatla müqayisə edib.

L.Spivak deyib: "Mən qətiyyən hesab etmirəm ki, məqalə müəllifinin antisemit niyyəti olub. Mən Bakıda doğulub böyümüşəm, ildə üç dəfə Azərbaycanda oluram, burada çoxlu dostlarım var və heç vaxt antisemitizmlə üzləşməmişəm".

O qeyd edib ki, eyni uğurla istənilən kitabdan istənilən fikri kontekstdən ayırmaq və istənilən mövzuya bağlamaq olar: "Azərbaycandakı bütün xalqlar milliyətindən və dinindən asılı olmayaraq tarixən dostluq şəraitində yaşayıb".

O, həmçinin qeyd edib ki, multikulturalizmin Azərbaycan hökuməti tərəfindən dövlət səviyyəsində təbliğ olunması yaxşı haldır: "Azərbaycan tolerantlığının təbliği dostluq şəraitində yaşamanın mümkün olduğunun dünyaya nümayiş etdirilməsinin bir üsuludur".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/514020.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR