"Putin mənə deyirdi ki, sən bunu etməzsən" - LUKAŞENKO

"Putin mənə deyirdi ki, sən bunu etməzsən" - LUKAŞENKO
15:19 3 Fevral 2017
68 Digər
Ölkə mətbuatı
A- A+

"Çətin olsa da, Belarus Rusiya nefti olmadan da yaşaya bilər. Lakin Belarusun müstəqilliyinin qorunması bundan daha vacibdir". "APA-Economics" xəbər verir ki, bunu xarici və yerli jurnalistlərlə görüşü zamanı Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

 

"Rusiya ilə Belarus arasında münaqişə yaranan zaman biz Putinlə dostcasına bu məsələni müzakirə etdik. Mən ona dedim: bilirsən, biz Azərbaycandan bir tanker neft gətirmişik, çünki onlar bizə endirim edib. İndiki vəziyyətdə hamı bazarda mübarizə aparır... Axın sən (Putin - red.) Avropadakı bazarını itirəcəksən. Mən Venesueladan neft ala, onu Mozırda (neft emalı zavodunda) emal edə və sənin bazarında sata bilərəm. O isə mənə deyirdi ki, sən bunu etməzsən. Niyə? Çünki bu baha başa gəlir və Rusiya neftini əvəzləyəcək başqa biri yoxdur", - deyə prezident qeyd edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/266732

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR