İspaniya klubunun futbolçusu həyat yoldaşını döydüyü üçün saxlanılıb

İspaniya klubunun futbolçusu həyat yoldaşını döydüyü üçün saxlanılıb
15:22 3 Fevral 2017
38 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 3 fevral. REPORT.AZ/ "Atletiko"nun futbolçusu Lukas Ernandes İspaniyada saxlanılıb. "Report"un "El Mundo"ya istinadən verdiyi məlumata görə, buna 20 yaşlı yarımmüdafiəçinin həyat yoldaşına qarşı zorakı davranışları səbəb olub.
Xanımı hələ polisə şikayət ərizəsi təqdim etməyib. Lakin o, xəstəxanaya yaralarda daxil olub. İlkin proqnozlara əsasən, bunlar ciddi təhlükə xarakteri daşımır. Fransalı futbolçunun özü evinə sərxoş halda gəlib və həyat yoldaşı ilə dalaşıb.
Qeyd edək ki, Lukas Ernandes İspaniya çempionatında 20 tur ərzində 6 matça çıxıb. O, nə qol, nə də məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/i-spaniya-klubunun-futbolcusu-heyat-yoldasini-doyduyu-ucun-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR