ABŞ-ın məxfi xidməti Ağ Ev ətrafında daha hündür hasar inşa edəcək

ABŞ-ın məxfi xidməti Ağ Ev ətrafında daha hündür hasar inşa edəcək
15:22 3 Fevral 2017
47 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 3 fevral. REPORT.AZ/ ABŞ-ın məxfi xidməti müvafiq federal hökumətdən Ağ Evin perimetri boyu daha hündür və möhkəm hasarın inşa edilməsi üçün yekun təsdiq alıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın birinci şəxslərinin və yüksək səviyyəli xarici qonaqların mühafizəsi ilə məşğul olan Məxfi Xidmətinin mətbuat xidməti məlumat verib.
Yeni hasarın hündürlüyü təqribən 3,6 m olacaq. Hazırda Ağ Ev ətrafında mövcud olan hasarın hündürlüyü 2,1 metrdir. Bundan əlavə, yeni maneə daha möhkəm olacaq. Hasar elə inşa ediləcək ki, texnologiyanın tətbiqi ilə qaydanı pozanlar aşkar ediləcək və ora dırmanmaq demək olar qeyri-mümkün olacaq.
Qeyd edək ki, inşaat işlərinin 2018-ci ildə başlaması gözlənilir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-in-mexfi-xidmeti-ag-ev-etrafinda-daha-hundur-hasar-insa-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR