"Avtobus sürücülərini 15 saat işlədən şirkətlər var" - RƏSMİ

"Avtobus sürücülərini 15 saat işlədən şirkətlər var" - RƏSMİ
15:29 3 Fevral 2017
26 Digər
Ölkə mətbuatı
A- A+

"Aparılan araşdırmalar onu göstərir ki, nəqliyyat sahəsində hələ də işlər öz qaydasında getmir". "APA-Economics" xəbər verir ki, bunu daşıyıcılarla keçirilən görüşdə Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktorunun müşaviri Mübariz Abbasov bildirib.
 
 
"Son vaxtlar baş verən yol-nəqliyyat hadisələri onu göstərir ki, bir çox daşıyıcıların istehsalat bazası yoxdur. Bu cür bazası olmayan daşıyıcıların avtobuslarının nə texniki müayinəsi, nə də sürücülərin tibbi müayinəsi həyata keçirilir. Bundan başqa, sürücüləri 8 saat əvəzinə 14-15 saat işlədən daşıyıcılar var. Bu problemi aradan qaldırmaq üçün sürücü bazası yaradılmalıdır", - deyə M. Abbasov qeyd edib.
 
 
Müşavir avtoparkların da standartlara cavab vermədiyini əlavə edib.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/266734

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR