"Qarabağ"ın aparıcı futbolçusu zədələnib

"Qarabağ"ın aparıcı futbolçusu zədələnib
15:32 3 Fevral 2017
49 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 3 fevral. REPORT.AZ/ "Qarabağ"ın futbolçusu Dani Kintana AZAL-la Azərbaycan Premyer Liqasının XVI tur matçında zədələnib. "Report"un məlumatına görə, ispaniyalı yarımmüdafiəçinin ayağı 23-cü dəqiqədə adi oyun epizodunda burxulub.
Nəticədə o, meydanı xərəklə tərk edib. Baş məşqçi Qurban Qurbanov 30 yaşlı futbolçunu Əfran İsmayılovla əvəzləyib.
Qeyd edək ki, hazırda "Qarabağ" hesabda geridədir - 0:1. 


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qarabag-in-aparici-futbolcusu-zedelenib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR