Səbailin icra başçısı bələdiyyələrə xəbərdarlıq edib

Səbailin icra başçısı bələdiyyələrə xəbərdarlıq edib
15:37 3 Fevral 2017
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 fevral. REPORT.AZ/ Bu il yanvar ayının 30-da Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda dövlət orqanlarının ünvanına səsləndirdiyi irad və tənqidlər, həmçinin Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin ölkədə Korrupsiya hallarınıa qarşının alınması və buna qarşı tədbirlərin gücləndirilməsi ilə bağlı məktubunun icrası və bu istiqaməqdə yol verilmiş neqativ halların aradan qaldırılması məsələləri Səbail Rayon İcra Hakimiyyətində keçirilən geniş tərkibli müşavirədə müzakirə olunub.
Bu barədə “Report”a İcra Hakimiyyətindən məlumat verilib.
Məlumata görə, icra başçısı Eldar Əzizov ölkə başçısının konfransdakı geniş məzmunlu çıxışı barədə ətraflı məlumat verərək qeyd edib ki, son vaxtlarda rayonda korrupsiya hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə baxmayaraq yenə də bəzi yerlərdə dövlət torpaqlarının qanunsuz olaraq zəbt olunması və saxta sənədlərlə rəsmiləşdirilməsi, qanunsuz tikintilər aparılması halları qalır. Müəyyən olunmuş faktlar üzrə sənədlər hüquq-mühafizə orqanlarına verilərək, bir sıra faktlar üzrə cinayət işləri açılıb.
Eldar Əzizov ilk növbədə yerli bələdiyyə qurumlarının işini sərt tənqid edərək onlara ciddi xəbərdarlıq edib. Həmçinin RİH-ində və digər qurumlarda çalışan, qanunsuzluqlara göz yuman bəzi məmurlar və vəzifəli şəxslər də ciddi xəbərdarlıq olunub, qəti tədbirlər götürülməsi üçün hüquq-mühafizə orqanlarının rəhbərlərinə tapşırıqlar verilib.
"Torpaq dövlətin sərvətidir və onu qorumaq lazımdır. Azərbaycanda hüquqi dövlət qurulub və bu bizim tarixi nailiyyətmizdir. Qanun qarşısında hamı bərabərdir və onun tələblərinə riayət etmək vacibdir” - deyə, icra başçısı qeyd edib.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/sebailin-icra-bascisi-belediyyelere-xeberdarliq-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR