Mahsun Kırmızıgülə daha bir zərbə

Mahsun Kırmızıgülə daha bir zərbə
15:46 3 Fevral 2017
104 Şou
Ölkə mətbuatı
A- A+

Aktyor və rejissor Mahsun Kırmızıgülün "Vezir parmağı" filminə daha bir qadağa qoyulub.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Kayserinin Develi İlçe Bələdiyyəsində yayımı qadağan edilən filmə daha bir zərbə Afyonkarahisar Sandıklı İlçesindən gəlib.

Bələdiyyə sədri Mustafa Çöl filmin milli və mənəvi dəyərlərə zidd olduğunu deyərək bələdiyyənin film salonunda yayımına qadağa qoyub:

"...Əcdadımıza lağ edilən film bizim film salonumuzda nümayiş olunmayacaq. Biz bu və ya digər şəkildə adət-ənənə, əxlaqa zidd olan filmlərə hər zaman qarşı olmuşuq".

Qeyd edək ki, "Vezir parmağı" daha əvvəl Mersində qadağan edilmişdi.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=65916

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR