Ulduz futbolçu sevgilisini döydü, həbs olundu

Ulduz futbolçu sevgilisini döydü, həbs olundu
15:47 3 Fevral 2017
108 İdman
Ölkə mətbuatı
A- A+

"Atletiko"nun futbolçusu Lukas Hernandes həbs olunub. Fanat.Az xəbər verir ki, buna səbəb onun sevgilisini döyməsi olub.


İspaniya mətbuatının məlumatına görə, bu gecə səhər saatlarında onun Madridin Las Rozas rayonundakı evinə gələn polis futbolçunu saxlayıb. Əlləri qandallanan 20 yaşlı fransız futbolçu etiraz etməyib və sakit şəkildə polis şöbəsinə yollanıb.


Bildirilir ki, Hernandesin döydüyü deyilən qızın bədənində yara izləri müşahidə olunub və tibbi müayinədən keçrilib. 


Hernandesin qadına qarşı şiddət ittihamı ilə həbs olunması gözlənilir.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ulduz-futbolcu-sevgilisini-doydu-hbs-olundu-t56030.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR