Vaqif Cavadov: "Klub tapmasam, jurnalist işləyəcəyəm"

Vaqif Cavadov: "Klub tapmasam, jurnalist işləyəcəyəm"
16:02 3 Fevral 2017
58 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 3 fevral. REPORT.AZ/ Qış fasiləsində "Sumqayıt" klubundan ayrılan Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovun "Report"a müsahibəsi


- "Transfer pəncərə"si bağlansa da, özünüzə klub tapa bilmədiniz. Bundan sonra necə olacaq?
- Hələlik klub axtarmaqla yanaşı, fərdi şəkildə məşq edirəm. Bəzi variantlar var. Yaxın günlərdə bəlli olacaq.
- Hansı klublarla danışıq aparırsınız?
- Ad çəkmək istəmirəm. Rusiya və Türkiyə klublarından birinə transfer olunmağım mümkündür.
- Söhbət həmin ölkələrin I divizion klublarından gedir?
- Türkiyə ilə bağlı variant I divizion təmsilçisidir. Amma Rusiyada Premyer Liqa komandaları ilə danışıq aparıram.
- Həmin klub Tula "Arsenal"ıdır?
- Bəli, biri bu komandadır. Lakin Rusiya ilə bağlı başqa bir variant da var. Sadəcə, ad çəkməyim düz olmaz.
- "Sumqayıt"dan gedişiniz bir qədər gözlənilməz oldu. Səbəb nə oldu: Baş məşqçi Samir Abasovla münasibətiniz yaxşı deyildi?
- Açığı, bu barədə danışmaq istəmirəm. İrəliyə baxmaq lazımdır.
- Vaqif Cavadov niyə Azərbaycan klublarından heç birinə lazım olmadı?
- Bu, hər bir klubun daxili işidir. İsəmirlərsə, nə edə bilərəm?
- Rusiyanın MOİK klubunun yetirməsininiz, lakin Türkiyədə də iki fərqli komandanın formasını geyinmisiniz. Karyeranızı hansı ölkədə davam etdirmək daha çox ürəyinizcə olar?
- Fərqi yoxdur, təki klub olsun.
- Bəs, olmasa necə?
- Olmasa, jurnalist işləyəcəyəm (gülür - red.).
- Karyeranızı bitirəcəksiniz, yoxsa növbəti mövsümü gözləyəcəksiniz?
- Xeyr, hələ bir neçə ilin oynamaq istəyirəm, cavanam. Hələ 28 yaşım var. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/vaqif-cavadov-klub-tapmasam-jurnalist-isleyeceyem

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR