Bakıda "Red Bull Mind Gamers" seçim turu keçirilir - FOTO

Bakıda "Red Bull Mind Gamers" seçim turu keçirilir - FOTO
16:05 3 Fevral 2017
Ölkə mətbuatı
A- A+

"Red Bull Mind Gamers" intellektual oyunları üzrə beynəlxalq çempionatın onlayn seçmə mərhələsi başa çatıb.

36 ən yaxşı iştirakçı öz komandaları ilə birlikdə dünya finalında Azərbaycanı təmsil etmək hüququ uğrunda yarışa dəvət olunublar.

Qeyd edək ki, azərbaycanlı iştirakçılar çox yaxşı nəticələr göstəriblər, hətta onlayn seçməni 30-cu yerdə başa vurmuş oyunçu bütün tapşırıqları cəmi 4 dəqiqə 41 saniyəyə bitirib.

Fevralın 3-dən 5-dək Bakıda keçiriləcək seçim turunda dörd nəfərdən ibarət komandalar 20 dəqiqə ərzində Park Bulvar ticarət mərkəzində qurulmuş sirli kubdan çıxış yolu tapmalı olacaqlar.

Kubun daxilində dörd oyunçu üçün nəzərdə tutulmuş xüsusi pazzlın qurulduğu dörd ekran yerləşir, lakin oyunun detalları sirr olaraq saxlanılır. Yaradıcılar sürprizi pozmaq istəmirlər. Lakin məlumdur ki, oyunun dizaynı sakral və mücərrəd həndəsədən istifadə olunmaqla yerinə yetirilmişdir. Əsas diqqət vizual effektlərə - enerji və hissəciklərin işıqlanmasına yetirilir.

Ən yaxşı nəticə göstərəcək milli komanda Avropada ilk dəfə Escape Room'ların meydana çıxdığı Budapeşt şəhərinə yola düşəcək və turnirin dünya finalında yarışacaq. Onlar qalib gəlmək üçün qarışıq reallığa malik final Escape Room'undan çıxış yolu tapmalı olacaqlar.

Escape Room oyunçuların qapalı otağa salındıqları və bir sıra tapmacaları həll edərək azadlığa çıxmalı olduqları macəra oyunudur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində



Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/514025.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR