Kamal Abdulla: “Yarımçıq əlyazma”ya görə məni “döyənlər”, söyənlər, hətta xalq düşməni elan edənlər oldu"

Kamal Abdulla: “Yarımçıq əlyazma”ya görə məni “döyənlər”, söyənlər, hətta xalq düşməni elan edənlər oldu"
16:07 3 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 3 fevral. REPORT.AZ/ “Yarımçıq əlyazma” əsərinin başına çox müsibətlər gəldi. Məni “döyənlər”, söyənlər, hətta xalq düşməni elan edənlər oldu”.
“Report” xəbər verir ki, bu sözləri Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, filologiya üzrə elmlər doktoru, professor, AMEA-nın həqiqi üzvü Kamal Abdullayev AMEA Alimlər Evində keçirilən görüşdə deyib.
Onun sözlərinə görə, bu hadisənin mənəvi zövq verən tərəfi də oldu: "Həmin əsərdən sonra “Dədə Qorqud”u oxuyanlar təkrar, oxumayanlar isə bu kitabı niyə belə yazdığımı bilmək üçün oxudular. Hətta Türkiyə mətbuatında bir alim məqalə yazaraq əsəri “Dədə Qorqud” dastanının tapılan 13 boyu kimi təqdim etdi”.

Xəbərin orijinal ünvanı: https://report.az/edebiyyat/yarimciq-elyazmaya-gore-meni-xalq-dusmeni-elan-edenler-oldu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR