AFFA 2019-cu ildə keçiriləcək Çempionlar Liqası və Avropa Liqası turnirlərinin final oyununun təşkili ilə bağlı namizədliyini irəli sürüb.
Fanat.Az xəbər verir ki, AFFA UEFA-ya müraciətində qeyd olunan turnirlərin həlledici qarşılaşmasının keçirilməsi üçün Bakı Olimpiya Stadionunu təklif edib.
Hər iki oyunun keçirilməsi üçün namizədliyi irəli sürmüş bütün stadionların siyahısını diqqətinizə çatdırırıq:
Çempionlar Liqası
Azərbaycan, Bakı - Bakı Olimpiya Stadionu
İspaniya, Madrid - Estadio Metropolitano
Avropa Liqası
Azərbaycan, Bakı - Bakı Olimpiya Stadionu
Gürcüstan, Tiflis - Dinamo Arena
Almaniya, Frankfurt - Frankfurt Stadion
Almaniya, Ştutqart - Arena Stuttgart
Şotlandiya, Qlazqo - Hampden Park
İspaniya, Sevilya - Estadio Ramon Sanchez Pizjuan
Türkiyə, İstanbul - Beşiktaş Arena
UEFA-nın İcraiyyə Komitəsi hər iki turnirin final oyununun keçiriləcəyi stadionlarla bağlı qərarı bu ilin sentyabr ayında qəbul edəcək.
Fanat.Az