Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2019-cu ildə keçiriləcək UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası turnirlərinin final oyununun təşkili ilə bağlı namizədliyini irəli sürüb.
Milli.Az azvision.az-a istinadən xəbər verir ki, AFFA UEFA-ya müraciətində qeyd olunan turnirlərin həlledici qarşılaşmasının keçirilməsi üçün Bakı Olimpiya Stadionunu təklif edib. Hər iki oyunun keçirilməsi üçün namizədliyi irəli sürmüş bütün stadionların siyahısını diqqətinizə çatdırırıq:
UEFA Çempionlar Liqası
Azərbaycan - Bakı - Bakı Olimpiya Stadionu
İspaniya - Madrid - Estadio Metropolitano
UEFA Avropa Liqası
Azərbaycan - Bakı - Bakı Olimpiya Stadionu
Gürcüstan - Tbilisi - Dinamo Arena
Almaniya - Frankfurt - Frankfurt Stadion
Almaniya - Ştutqart - Arena Stuttgart
Şotlandiya - Qlazqo - Hampden Park
İspaniya - Sevilya - Estadio Ramon Sanchez Pizjuan
Türkiyə - İstanbul - Beşiktaş Arena
UEFA-nın İcraiyyə Komitəsi hər iki turnirin final oyununun keçiriləcəyi stadionlarla bağlı qərarı bu ilin sentyabr ayında qəbul edəcək.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində