Bu il dünya İT xərcləri 2,7 faiz artacaq

Bu il dünya İT xərcləri 2,7 faiz artacaq
16:35 3 Fevral 2017
Ölkə mətbuatı
A- A+

“Gartner” analitik şirkəti 2017-ci ildə dünya informasiya texnologiyaları (İT) xərclərinin 3,5 trilyon dollara çataraq 2016-cı illə müqayisədə 2,7 faiz artacağını proqnozlaşdırır. Lakin bu rəqəm 3 faiz artımın gözlənildiyi əvvəlki proqnozdan azdır.

“ICTnews” Elektron Xəbər Xidməti “TelecomDaily” resursuna istinadən yazır ki, şirkətin vitse-prezidenti Con-Devid Lavlokun sözlərinə görə, 2017-ci il “bulud”, blokçeyn texnologiyası, rəqəmli biznes və süni intellektdən istifadə kimi bir neçə böyük tendensiyanın birləşməsi sayəsində İT xərclərinin canlandırılması ili olaraq normal vəziyyətdə İT xərclərinin 2,7 faizdən çox artırılmasına səbəb ola bilərdi. “Lakin dünya bazarlarında siyasi qeyri-müəyyənlik çoxlu təşkilatları gözləmə mövqeyini tutmağa sövq edərək onları İT-ə investisiya qoyuluşunu dayandırmağa məcbur edib”, - o qeyd edib.  

Kompüter və telekommunikasiya qurğuları (fərdi kompüter, ultramobil qurğular və mobil telefonlar) üçün dünya xərclərinin 2017-ci ildə təxminən əvvəlki vəziyyətdə qalaraq 589 milyard dollar təşkil edəcəyi gözlənilir. Fərdi kompüter bazarında əvəzləmə dövrü, eləcə də bahalı ultramobil qurğuların cəlbedici qiymətləri və funksional imkanları 2018-ci ildə artıma səbəb olacaq. Formalaşan bazarlar mobil telefonlar seqmentində əvəzləmə dövrünü hərəkətə gətirəcək, çünki bu bazarlarda smartfonlar əsas kompüter qurğusu rolunda çıxış edir və istifadəçilər onları inkişaf etmiş bazarlarla müqayisədə müntəzəm əvəzləyirlər.  

Bundan başqa, 2017-ci ildə dünya İT xidmətləri bazarının 4,2 faiz artım nümayiş etdirəcəyi proqnozlaşdırılır. Təşkilatların rəqəmli biznes, intellektual avtomatlaşdırma, eləcə də xidmətlərin optimallaşdırılması və innovativliyinə yatırdıqları sərmayələr bazarda artımın davam etməsinə səbəb olacaq, lakin çoxlu iqtisadi çətinliklərin mövcudluğu səbəbindən sifarişçilərin ehtiyatlı davranışı daha böyük artıma mane olaraq dayandırıcı amil kimi qalır.

C.Lavlok bildirib ki, 2017-ci ildə xərclərin artımının çoxalma və azalmaya doğru ayrılması daha genişdir. “Adətən iqtisadi vəziyyət müəyyən fərq diapazonunu müəyyənləşdirir, lakin 2017-ci ildə bu, artmaqda olan qeyri-müəyyənlik səviyyəsi ilə çətinləşir. “Bu qeyri-müəyyənliyin nəticəsi fərdi istifadəçilər və yaranan imkanlar baxımından daha çox xərcləyəcək təşkilatlar və İT xərclərini azaldacaq və ya dayandıracaq şirkətlər arasında fərqin artmasıdır”, - vitse-prezident vurğulayıb.

Bildirilir ki, məsələn, “Microsoft”, “Google” və “Amazon” şirkətləri tərəfindən “bulud” xidmətləri platformalarının genişləndirilməsi 2017-ci ildə serverlər üçün dünya İT xərclərinin 5,6 faiz artımını gözləməyə sövq edir. Bu proqnoz ötən rübdə açıqlanan proqnoza nisbətdə 3 faiz artıb.

Nizam Nuriyev  



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-45854-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR