Azərbaycanda yeni uşaq jurnalı buraxıldı – FOTOLAR

Azərbaycanda yeni uşaq jurnalı buraxıldı – FOTOLAR
16:48 3 Fevral 2017
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakıda “TEAS PRESS” Nəşriyyat Evinin uşaqlar üçün nəşr etdiyi “Qaranquş” adlı aylıq jurnalın ilk buraxılışının təqdimat mərasimi keçirilib.

Publika.az xəbər verir ki, iclasda çıxış edən jurnalın baş redaktoru Aysel Zahidqızı bildirib ki, 44 səhifəlik jurnalın hazırlanmasında Azərbaycanın tanınmış uşaq yazarları və illüstratorları iştirak edib:

“Jurnalın əsas maskotu fərqli dizayn edilmiş qaranquşdur və oxucular üçün müxtəlif məlumatlar onun dilindən təqdim olunur. Məktəbəqədər və məktəb yaşlı uşaqlar üçün nəzərdə tutulan jurnalda maraqlı hekayələr, məqalələr, müxtəli sahələr üzrə rubriklar, oyunlarla yanaşı ingilis dilində mövzulara yer verilir. Uşaqlar “Qaranquş”u əldə etməklə başqa bir xarici aləmə səyahət edəcək və hər ay jurnalı oxudqda maraqlı məlumatlar əldə edə biləcəklər”.

Baş redaktor deyib ki, jurnalın adının “Qaranquş” seçilməsi təsadüfü deyil:

“Çünki baharın müjdəçisi olan qaranquşu hər kəs sevir. Jurnalımız da uşaqlara yeni informasiyalar verir. Bir növ qaranquşu kim harda görsə, üzündə təbəssüm yaradır. Bizim də məqsədimiz odur ki, uşaqları hər zaman əyləndrək və onlara çalışqan olmağı öyrədək. Bu jurnal hər ay işıq üzü görəcək. Jurnal üçün 6 aylıq və 1 illik abunə olmaq mümkündür. Bundan əlavə, satışdan da əldə etmək mümkündür. Jurnal ilkin olaraq 3 min tirajla çıxarılır, amma gələcəkdə ehtiyac olduqda bu say artırılacaq. Jurnal hazırlanarkən ibtidai siniflər üçün tədirs planında yer alan mövzulara uyğun hekayə və məqalələr yazılıb. Məhz bu xüsusiyyətinə görə həm müəllimlər, həm də şagirdlər üçün faydalıdır”.

A.Zahidqızı qeyd edib ki, “Qaranquş” jurnalında 5-10 yaş arası uşaqları maraqlandıran mövzulara aid rubrikalar var:

“Jurnal azyaşlı uşaqlar və ibtidai sinif şagirdləri üçün nəzərdə tutulub. Əsas məqsədi uşaqları maarifləndirmək və əyləndirməkdir”.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin uşaq ədəbiyyatı seksiyasının rəhbəri Qəşəm Nəcəfzadə, şair Ələmdar Quluzadə, müasir uşaq yazarı Reyhan Yusifqızı və digər şəxslər də çıxış ediblər.

Vasif Həsənli

Fotolar: Elçin Murad























Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/186328.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR