Azərbaycan banklarının cəmi aktivləri 31 mlrd. manatdan çoxdur

Azərbaycan banklarının cəmi aktivləri 31 mlrd. manatdan çoxdur
16:57 3 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 3 fevral. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanın bank sektorunun 31 dekabr 2016-cı il tarixinə olan icmal göstəricilərini açıqlayıb. 
Palatadan “Report”a verilən məlumata görə, yerli 32 kommersiya bankının cəmi aktivləri 31 439,5 mln. manat, cəmi öhdəlikləri 29,530,7 mln. manat, balans kapitalı isə 1 908,8 mln. manat təşkil edib.
Bu banklardan 2-si dövlət bankıdır. Xarici kapitallı bankların sayı 15, o cümlədən xarici bankların yerli filiallarının sayı 2-dir. Azərbaycan banklarının filiallarının sayı 569, söbələrinin sayı 131, bankomatlarının sayı 2 461-dir. Bütövlükdə, bank sektorunun işçi heyəti 16 947 nəfərdir.
Maliyyə bazarlarının digər iştirakçıları olan bank olmayan kredit təşkilatlarının (BOKT) sayı 144, o cümlədən kredit ittifaqlarının sayı 97-dir. BOKT-ların işçi heyəti 2 657 nəfərdir. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycan-banklarinin-cemi-aktivleri-31-mlrd-manatdan-coxdur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR