"Avtomobil almağa imkanım yoxdur" - 15 ilin deputatı

"Avtomobil almağa imkanım yoxdur" - 15 ilin deputatı
16:57 3 Fevral 2017
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli Məclisin deputatı Tahir Rzayev maraqlı açıqlamaları ilə diqqət çəkib.

Milli.Az publika-ya istinadən xəbər verir ki, o, deputat olmasına baxmayaraq, sosial problemlərinin olduğunu söyləyib: 

"Hər bir insanın çətinliyi olduğu kimi, Milli Məclisin deputatı olaraq, mənim də üzləşdiyim çətinliklər var. Misal üçün, mən 16 ildir ki, deputatam, ancaq normal avtomobil almağa və sürücü saxlamağa imkanım yoxdur. Ucuz avtomobil ala bilərəm, ancaq sürücüyə maaşı necə verəcəyəm?

Neçə ildir ki, ictimai nəqliyyatdan istifadə edirəm. Mənim bağ evim də yoxdur, neçə ildir ki, ictimai binada yaşayıram. Mənzilimin sahəsi də böyük deyil. 

İndi bütün bunları almağa imkanım yoxdur. Deputat seçiləndə də qarşıma məqsəd qoymamışam ki, mütləq bahalı avtomobil, villam olsun".

O qeyd edib ki, bu gün Milli Məclisdə mənim kimi problemləri olan bir çox deputat var:

"Kimin imkanı varsa, Allah ruzisini daha da bol etsin".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/514108.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR