Azərbaycanda bağça tərbiyəçisinin DƏHŞƏTLİ SONU: 2 UŞAĞI QALDI

Azərbaycanda bağça tərbiyəçisinin DƏHŞƏTLİ SONU: 2 UŞAĞI QALDI
17:04 3 Fevral 2017
140 Digər
Ölkə mətbuatı
A- A+

Lənkəran rayonunda 32 yaşlı qadın intihar edib. Lent.az xəbər verir ki, rayonun Osakücə kəndində 1985-ci il təvəllüdlü Həbibova Xalidə Babarza qızı özünü asaraq intihar edib.

 

 

 

Bildirilir ki, X.Həbibova uşaq bağçasında işləyirmiş. 2 uşaq anası olan qadının meyitini həyat yoldaşı aşkarlayıb.

 

 

Yaxınlarının sözlərinə görə, X.Həbibova son vaxtlar depessiyada olub. O, bir neçə dəfə həyatdan bezdiyini də dilə gətiribmiş. Qohumları, eləcə də iş yoldaşları onu motivasiya etməyə çalışsa da, faydası olmayıb.

 

 

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/266737

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR