"Atletiko Madrid"in fransız futbolçusu HƏBS OLUNDU

"Atletiko Madrid"in fransız futbolçusu HƏBS OLUNDU
17:17 3 Fevral 2017
51 Dünya
Ölkə mətbuatı
A- A+

İspaniyanın "Atletiko Madrid" klubunda forma geyən fransız futbolçu Lukas Hernandez sevgilisini döydüyü iddiasıyla nəzarətə alınıb.
    
Milli.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, səhərə yaxın Hernandez paytaxt Madrid yaxınlığındakı Las Rozas mahalındakı evinə gələn polislər tərəfindən tutulub.

Əllərinə qandal vurulan 20 yaşlı oyunçunun döydüyü iddia edilən sevgilisinin bədənində yüngül yaralar olduğu deyilir. O, təcili tibbi yardım həkimləri tərəfindən xəstəxanaya aparılıb.

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/514121.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR