İki yerli brendlər fəaliyyətini dayandırıb?

İki yerli brendlər fəaliyyətini dayandırıb?
17:28 3 Fevral 2017
Ölkə mətbuatı
A- A+

“Dalğa” dəniz məhsulları və “Qamaq” süd məhsullarının satışının dayandırılması haqqında məlumatlar yayılıb. Məsələ ilə bağlı hər iki müəssiə ilə əlaqə saxladıq.

“Qamaq” brendi məhsul istehsal edən eyni adlı müəssisədən Publika.az-a dedilər ki, fəaliyyətlərini dayandırmayıblar. Əksinə, satış şəbəkələri genişləndirilib.

“Dalğa” brendinin məxsus olduğu “M.Ş.” MMC-nin direktor müavini Fizuli Cəbrayılov da istehsal prosesini davam etdirdiklərini söylədi:

“Məhsullarımızın satışı bizi qane edir. Fəaliyyətimizi dayandırmaq fikrində deyilik”.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/186337.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR