101 yaşlı azərbaycanlı nənənin uzunömürlülük sirri - video

101 yaşlı azərbaycanlı nənənin uzunömürlülük sirri -  video
17:31 3 Fevral 2017
147 Şou
Ölkə mətbuatı
A- A+

101 yaşlı Fənar Quluyeva görənləri təəccübləndirib.

Axşam.az "ARB 24"ə istinadən xəbər verir ki, yaşlı qadının 1 əsr yaşı olsa da, nə həkimə gedib, nə də dərman qəbul edib.

Ağbirçək nənə uzunömürlülüyünün sirrini bölüşüb:

"25 nəvəm var. Oğlanlarım, gəlinlərim mənə yaxşı baxıblar. Ona görə də nə xəstələnmişəm, nə də dərmandan istifadə etmişəm. Gözüm də görür. Corab toxuyuram, jaket hörürəm. Eynəkdən də istifadə etmirəm.

Gənclərə deyirəm ki, çörək yeməsinlər. Çörək adamın ömrünü gödəldir. Az yemək yeyirəm. Az yemək məni saxlayır. Mən də təzyiq yoxdur".

F.Quluyeva Kəlbəcər rayonunda doğulub, böyüyüb. 9 övladı, 25 nəvəsi, 29 nəticəsi və 3 kötücəsi var.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=65925

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR