Azərbaycan Rusiya ilə razılığa gəldi

Azərbaycan Rusiya ilə razılığa gəldi
17:32 3 Fevral 2017
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan aviasiya tənzimləyicisi Rusiya aviaşirkətləri ilə Moskvaətrafı "Jukovski" hava limanından uçuşlar barədə razılığa gəlib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiyanın nəqliyyat naziri Maksim Sokolov bildirib.

"Azərbaycanla bağlı bütün suallara aydınlıq gətirilib", - deyə o qeyd edib.
 
Bundan öncə TASS aviasiya sahəsindəki mənbəyə istinadən xəbər verib ki, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) "Jukovski" hava limanının statusunun müəyyənləşdirilməsi ilə bağlı xüsusi komissiya yarada bilər.
 
Bundan öncə adıçəkilən hava limanının Moskvaya deyil, Moskvaətrafına aid olunması Azərbaycan və İsrailin narazılığına səbəb olub. Çünki Moskvadan yerinə yetirilən aviareyslər ikitərəfli sazişlərlə əhatə olunur.
 
Fevralın 1-də APA- yazıb ki, Rusiyanın "Pegas Fly" aviaşirkəti martın 14-dən etibarən "Jukovski" aeroportundan Bakıya uçuşlar həyata keçirəcək. Xəbəri aviaşirkətin mətbuat xidməti yayıb.
 
Martın 14-dən 25-dək uçuşlar bazar ertəsi, çərşənbə, cümə və şənbə günləri həyata keçiriləcək. Yay mövsümü üçün uçuş cədvəli hələ ki, müəyyənləşdirilməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/514128.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR