"İkinci sarını veribsə, deməli, var idi" - Tərlan Əhmədov

"İkinci sarını veribsə, deməli, var idi" -   Tərlan Əhmədov
17:37 3 Fevral 2017
47 İdman
Ölkə mətbuatı
A- A+

"Futbolçulara təşəkkür edirəm. Yaxşı mübarizə, düzgün oyun göstərdilər". Bunu AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.

 

Topaz Premyer Liqasının XVI turunda "Qarabağ"ı qəbul edən "təyyarəçilər" hesabı açmalarına baxmayaraq, üstünlüyü sona qədər qoruya bilməyib. Bir hissə azlıqda oynayan baklılar 1:2 hesablı məğlubiyyətlə barışmalı olublar.

 

Matçdan sonra keçirilən mətbuat konfransında Əhmədov oyunçularından razılıq bildirib: "Azlıqda qalmağımıza baxmayaraq, müdafiədə düzgün oynadıq. Amma futbolun yazılmayan qanunları var. Qarşıda bizi ağır 12 oyun gözləyir. Yeni gələnlərdən Madonun 6 kq-a qədər artıq çəkisi var. Amma, "Qəbələ" ilə görüşdə iştirak edəcək. Omeqa çox xoşuma gəldi".

 

- Qırmızı vərəqə epizodunu necə şərh edərdiniz?

- Bu barədə heç nə demək istəmirəm. Futbolda belə hallar olur, bunu təbii qarşılamaq lazımdı.

 

- Amma meydanda təbii qarşılamadınız...

- Meydançada hər şeyi soyuq başla təhlil edirsən. Biz istəsək də, istəməsək də, hakim səhvləri var. Öz futbolçumla da söhbət elədim, onları tənbeh etdim. İlk sarını nəyə görə verdiyini bilmədim. Tounkaranın ayağında iki deşik var idi. İkinci sarını veribsə, deməli, var idi. Danışmağın nə xeyri var?

 

- "AZAL Arena"nın durumu qənaətbəxş deyil. Bunun oyununuza nə kimi təsiri oldu?

- Məni ot örtüyü yox, maliyyə durumu düşündürür. Futbolçunun maaşını verməkdə çətinlik çəkiriksə, ot örtüyündən danışmağa ehtiyac yoxdu.(Apasport.az)


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotkinci-sarn-veribs-demli-var-idiquot-t56036.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR