"Kəpəz Kuboku 2017" qalibləri müəyyən oldu - FOTO

"Kəpəz Kuboku 2017" qalibləri müəyyən oldu - FOTO
17:42 3 Fevral 2017
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyası birlikdə "Kəpəz Kuboku 2017" yarışmasını və Rəqs Konqresini keçirdib.

Yanvarın 28-də Məhsəti Gəncəvi Mərkəzində Bədii rəhbərlirin konqresi keçirildi. Konqresdə Bədii rəhbərlər arasında bir çox məsələlər müzakirə olundu.

Münsiflər heyətinin üzvü Tahir Eynullayev: "Naz eləmə" rəqsini "beybi" və uşaq kateqoriyalı iştirakçılara rəqs eləmək olmaz, bu rəqsin "filasofiyası" onların yaş kateqoriyalarına aid deyil. Əgər bu rəqsi yarışmalarda "bebi" və uşaq kateqoriyalı iştirakçılar rəqs edərlərsə, münsiflər heyəti onların rəqslərini qiymətləndirməyəcəklər".

Bundan sonra Azərbaycan Rəqs Assosiasiyasının prezidenti Əziz Əzizov mart ayında Moskvada keçiriləcək Avropa Çempionatı haqqında danışdı. O bildirdi ki, hansı qruplar Azərbaycanı təmsil etmək istəsə, Assosiasiyasının senzini keçib, qatıla bilərlər. Daha sonra Azərbaycan daxilində, əsasən də bölgələrdə yay ərəfəsində beynəlxalq rəqs festivallarının keçirilməsi barədə danışıldı. Həmin fikir ilə "İnci" rəqs ansamblının rəhbəri Cavid Məmmədov çıxış etdi. Gəncə, Migəçevir və GöyGöl regionların təmsilçiləri arasında müzakirələr bir ay ərzində davam edəcək. Nəticəni mart ayında Azərbaycan Gənclər İttifaqının mədəniyyət şöbəsinə çatdırıb. Artıq Festivalın quruluşuna başlayacaqlar.

Yanvar ayının 29-da Gəncə Olimpiya Kompleksində isə Rəqs üzrə Kəpəz Kuboku keçirildi. Burada Azərbaycanın bir çox bölgəsindən rəqs kollektivləri toplaşmışdılar. Onların hər birisi öz rəqslərini münsiflər heyəti qarşısında çıxış edərək göstərdilər. 
Həmçinin Azərbaycan Gənclər İttifaqı münsiflərə, iştirakçıları professional qiymətləndirməklərinə görə minnətdarlığını bildirirlər.

Münsiflər heyəti: Tair Eynullayev, Ülviyə Həsənova və münsiflər heyətin köməkçiləri - Emil Pənahov və Xaliq Əlizadə.

Aşağıda Kubok sahiblərinin siyahısı təqdim olunur:

Show Dance:

Small group - Baby -"Ləman" rəqs qrupu (Ağstafa) 
Solo - Child -"Buta" rəqs ansamblı (Bakı)
Formation - Child - "Sevinc" rəqs qrupu (Mingəçevir)
Formation - Juniors - "Atəş" rəqs qrupu (Bakı) 

Bollywood:

Solo - Child -"Buta" rəqs ansamblı (Bakı)
Duet - Child - "Buta" rəqs ansamblı (Bakı)

Folk Style:

Solo - Baby - "İnci" rəqs ansamblı (Bakı)
Formation - Child - "İnci" rəqs qrupu (Bakı)
Solo - Juniors - "Bahar" rəqs qrupu (Göy- Göl )
Duos - Juniors -"Azəri Tacı" rəqs qrupu (Bakı)
Small group - Juniors - "Sənan" rəqs qrupu (Gəncə)
Formation - Juniors - "Sənan" rəqs qrupu (Gəncə)

Folk Etnika:

Duet - Baby - "Atəş" rəqs qrupu (Bakı)
Small group - Baby - "Atəş" rəqs qrupu (Bakı)
Small group - Juniors - "Sənan" rəqs qrupu (Gəncə)
Formation - Juniors - "Sənan" rəqs qrupu (Gəncə)
Miniproduct - "Gəncə Qönçələri" rəqs qrupu (Gəncə)
Miniproduct - "Atəş" rəqs qrupu (Bakı)

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az, Azernews.az






















Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/514124.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR